×
A
A
A
Sazlamalar

Mingəçevirdə axtarışda olan qadın saxlanılıb

Bakı, 6 aprel, AZƏRTAC 

Aprelin 1-də Mingəçevir şəhəri ərazisində Yevlax rayon sakini K.Kərimovun cibindən 210 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Kadırova Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ətrafında aparılmış tədbirlərlə onun Mingəçevir şəhər sakini A.Əliyevin cibindən 155 manat oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2020-04-06 12:59:00