×
A
A
A
Sazlamalar

Martda Gömrük Komitəsinin Çağrı mərkəzinə 10 mindən çox müraciət daxil olub

Bakı, 6 aprel, AZƏRTAC

Dövlət Gömrük Komitəsi mart ayı üçün “195/6” Çağrı mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Çağrı mərkəzinə şəxslər tərəfindən ünvanlanan 10 min 677 müraciət cavablandırılıb. Bu müraciətlərdən 1058-i gömrük sərhəd buraxılış məntəqələrinin iş rejimi ilə bağlı, 372-si gömrük ödənişləri, 552-si gömrük təmsilçiliyi, 380-i fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlıdır. Həmçinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 525 müraciət, müvəqqəti idxal xüsusi gömrük proseduru üçün 2998, şikayət xarakterli müraciətlər 266, qısa idxal bəyannaməsi ilə bağlı 50, ixrac gömrük proseduru ilə bağlı 81, koronavirus pandemiyası ilə bağlı 1073 və digər mövzularla üzrə 3312 müraciət daxil olub.

 

İqtisadiyyat 2020-04-06 12:38:00