Gənclər “Tələbə baharı” festivalının onlayn seçim mərhələlərində iştiraka dəvət olunur
Bakı, 6 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyi yaradıcı və istedadlı tələbələri aprelin 1-dən 10-dək keçirilən “Tələbə baharı” Xlll ümumrespublika tələbə yaradıcılıq festivalının onlayn seçim mərhələlərində iştiraka dəvət edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlayn seçim mərhələləri musiqi (janrlar üzrə), xalq mahnıları, klassik musiqi (vokal), estrada musiqisi, pop musiqisi, muğam, rok, rəqs (janrlar üzrə), milli rəqslər (solo), müasir rəqslər (solo), dünya xalqlarının rəqsləri üzrə keçiriləcək.
Festivalın qala-konserti bu il may ayının 29-da təşkil ediləcək.
Onlayn seçim mərhələlərində iştirak etmək üçün əlaqə nömrəsi: (070) 668 – 08 – 02.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb