×
A
A
A
Sazlamalar

Tibb Universitetinin tələbələri koronavirus pandemiyası haqqında maarifləndirici videoçarx hazırlayıblar

Bakı, 6 aprel, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin ictimai səhiyyə fakültəsinin tələbələri koronavirus pandemiyası haqqında məlumatlandırıcı və maarifləndirici videoçarx hazırlayıblar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin videoçarxda tələbələr hər kəsi COVID-19 virusundan qorunmaq üçün gigiyenik qaydalara riayət etməyə, zərurət olmadıqda isə evdən çıxmamağa çağırırlar.

Səhiyyə 2020-04-06 12:21:00