×
A
A
A
Sazlamalar

Bakı polisi: Müvafiq icazəsi olmayan şəxslər müəyyənləşdirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülür

Bakı, 6 aprel, AZƏRTAC 

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq nəzərdə tutulan tədbirlər davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər Nazirliyinin əməkdaşları koronavirusun geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmalarını tələb edirlər.
Paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Sosial 2020-04-06 12:15:00