×
A
A
A
Sazlamalar

“OPEC+” nazirlərinin görüşü aprelin 9-na keçirilib

Vyana, 6 aprel, AZƏRTAC 

OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin videokonfrans formatında görüşü nəzərdə tutulduğu kimi aprelin 6-da deyil, aprelin 9-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iclasda yeni “Əməkdaşlıq Bəyannaməsi”nin və dünya bazarında artan tədarükün tənzimlənməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur. Hazırda dünya neft bazarında ikiqat böhran hökm sürür. Bir tərəfdən koronavirus pandemiyasının dünya bazarına mənfi təsiri tələbatın azalmasına, digər tərəfdən isə nəhəng istehsalçıların hasilat müharibəsi qiymətin kəskin ucuzlaşmasına səbəb olub.
Qeyd edəkr ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə baş tutacaq.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Neft - qaz 2020-04-06 12:09:00