×
A
A
A
Sazlamalar

“İslahat icmalı” koronavirus pandemiyasının təsirlərini azaltmaq üçün hazırlanan Tədbirlər Planına həsr edilib

Bakı, 6 aprel, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat icmalı” Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırlanan Tədbirlər Planına həsr olunub.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, icmalda tədbirlər planının 3 əsas istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinə dəstək proqramları detallı şəkildə infoqrafik təsvirlərlə təqdim edilib.
Qeyd edək ki, yaxın dövrdə pandemiyanın ölkə iqtisadiyyatina mənfi təsirlərinin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçiriləcək. “İslahat icmalı”nda iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri olan maliyyə dəstək proqramları punktlar və rəqəmlərlə göstərilib:
• Muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üzrə maliyyə dəstəyi proqramı. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı
• Sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı
• Yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı
• Mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı
• Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket
• Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsilhaqqı xərclərinin ödənilməsinə dəstək proqramı
• İpoteka və kredit-zəmanət mexanizminə maliyyə dəstəyi proqramı
• Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı
• Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı
İcmalda infoqrafikalar vasitəsilə hər bir proqram üzrə dövlətdən ayrılan maliyyə yardımının həcmi, aid olunduğu sahələr, eləcə də qaydalar izah olunub. “İslahat icmalı” ilə “iqtisadiislahat.org” saytında “İcmallar” bölməsindən tanış olmaq mümkündür.

 

İqtisadiyyat 2020-04-06 11:05:00