Türkiyədə virusa yoluxan daha 73 nəfər dünyasını dəyişib
Ankara, 5 aprel, AZƏRTAC
Bütün dünyanı cənginə alan koronavirus (COVID-19) Türkiyədə daha 73 nəfərin həyatına son qoyub. Bununla da ölkədə bu virus səbəbindən dünyasını dəyişənlərin sayı 574 nəfərə çatıb. Aprelin 5-də ölkə üzrə 20 min 65 nəfər üzərində xüsusi tibbi yoxlama aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, aprelin 5-də testdən keçirilənlərdən 3135 nəfərdə infeksiya aşkarlanıb. Ölkə üzrə testdən keçirilənlərin sayı 181 min 445 nəfərə çatıb. Onlardan 27 min 69 nəfər müalicəyə cəlb olunub, 1381 nəfər reanimasiyadadır. İndiyədək 1042 nəfərin müalicəsi müsbət nəticə verib. Aprelin 5-də daha 256 nəfər tam sağalaraq xəstəxanaları tərk edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz
ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur
Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək