Özbəkistanda COVID-19 virusundan 30 nəfər sağalıb
Daşkənd, 5 aprel, AZƏRTAC
Özbəkistanda COVID-19 virusundan 30 nəfər sağalıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda ölkə üzrə bu virusa yoluxanların sayı 298 nəfərdir, iki nəfər dünyasını dəyişib.
Özbəkistanda koronavirus birinci dəfə martın 15-də Fransadan qayıdan qadında aşkar edilib. Virusa tutulanların 22-nə pnevmoniya diaqnozu qoyulub.
Xatırladaq ki, ölkədə 100 minədək insan xəstəxana və ev şəraitində karantində saxlanılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür
Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir
Blinken Çinə dörd günlük səfər edəcək
Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər
BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir