×
A
A
A
Sazlamalar

Ermənistanda koronavirusa yoluxanların sayı 800-ü ötüb

Tbilisi, 5 aprel, AZƏRTAC
Ermənistanda son 24 saat ərzində 52 nəfər koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bununla da bu ölkədə COVID-19 virusuna yoluxanların sayı 822 nəfərə çatıb.
Bundan başqa, 3477 nəfər karantində, 720 nəfər isə stasionar nəzarətdə saxlanılır.
Ermənistanda koronavirus səbəbindən 7 nəfər dünyasını dəyişib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-04-05 20:51:00