×
A
A
A
Sazlamalar

Xarici ölkələrdə koronavirusa yoluxaraq həyatını itirən Türkiyə vətəndaşlarının sayı 156 nəfərə çatıb

Ankara, 5 aprel, AZƏRTAC
Xarici ölkələrdə yeni növ koronavirusdan (COVID-19) dünyasını dəyişən Türkiyə vətəndaşlarının sayı 156 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Nazir bildirib ki, dünyasını dəyişən türkiyəlilərin əlliyə yaxınının cənazəsi ölkəyə gətirilib. Xarici ölkələrdən öz istəyi ilə vətənə dönmək istəyənlərin təxliyəsi və cənazələrin gətirilməsi davam edir.
Aprelin 5-də Səudiyyə Ərəbistanından, növbəti mərhələdə isə İraqdakı vətəndaşların gətirilməsi təmin olunacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-04-05 06:59:00