×
A
A
A
Sazlamalar

Muxtar respublika melioratorları yaz-tarla işlərinə hazırdır

Naxçıvan, 5 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin tikilməsi, əhalinin içməli suya olan tələbatının etibarlı şəkildə ödənilməsi üçün tədbirlər diqqətdə saxlanılır.
Muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay yeni suvarma xətti çəkilib, 5 kəhrizdə və 39 subartezian quyusunda təmir işləri davam etdirilib, 1 yeni subartezian quyusu tikilərək balansa götürülüb.
Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 710 metr istiqamətləndirici bənd salınıb. Həmçinin 38 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.
Suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkilərinin qarşısının alınması üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, yeni suvarma xətləri quraşdırılıb.
Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Sədərək rayonunda işlərə başlanılıb və 3 kilometr içməli su xətti çəkilib.

Regionlar 2020-04-05 00:23:00