Qubada karantin rejiminə əməl etməyən çayxana sahibi cərimələnib VİDEO
Quba, 4 aprel, Elxan Yusifli, AZƏRTAC
Qubada xüsusi karantin rejiminə əməl etməyən çayxana sahibi cərimə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir. Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.
Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib