×
A
A
A
Sazlamalar

Rusiyadakı Azərbaycan diasporunun tanınmış nümayəndəsi vəfat edib

Moskva, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Rusiyanın Nijni Novqorod vilayətində Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, iş adamı, İvanovo Şəhər Dumasının deputatı Sərraf Məmmədov vəfat edib.
AZƏRTAC xəbər verir ki, S.Məmmədov xəstəxnada əməliyyat olunduqdan sonra dünyasını dəyişib.
Sərraf Məmmədov 1965-ci ildə Azərbaycanda anadan olub. İvanovo İnşaat Mühəndisləri İnstitutunu bitirdikdən sonra həmin ali məktəbdə müəllim, İvanovo şəhərinin müxtəlif tikinti müəssisələrində mühəndis işləyib. İvanovo Şəhər Dumasının 4-cü və 5-ci çağırış deputatı seçilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2020-04-04 19:53:00