×
A
A
A
Sazlamalar

Balakən rayonunun təsərrüfatlarında tütün əkininə başlanılıb

Balakən, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb. Fermerlər mövsümün ilk günündə 11 hektar sahəyə tütün şitilləri köçürüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə rayonun təsərrüfatlarında 450 hektarda tütün əkini nəzərdə tutulur. Balakənli fermerlər cari ildə 363 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 84 hektarda yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 450 hektar sahədə tütün əkib, 512,3 ton quru tütün istehsal ediblər.

Kənd təsərrüfatı 2020-04-04 17:17:00