×
A
A
A
Sazlamalar

MBA klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq niyyətindədir

Bakı, 4 aprel, AZƏRTAC

Milli Basketbol Assosiasiyasının (MBA) klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq istəyir.
AZƏRTAC xəbər verir ki, bu məsələ aprelin 17-də klub rəhbərlərinin videomüşavirəsində müzakirə ediləcək. Çempionat keçirilmədiyi üçün klublar oyunçuların əməkhaqqını tam həcmdə ödəyə bilmir.
Hətta bəzi mənbələr hələ müzakirələrdən əvvəl bəzi klubların basketbolçulara aprel ayından məvacib verməyəcəyini bildirir.

İdman 2020-04-04 17:08:00