×
A
A
A
Sazlamalar

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 4 aprel, AZƏRTAC 

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Quba rayonunun Paşaoba kəndinin ərazisində yolu keçmək istəyən şəhər sakini Feyzulla Eldarovu həmyerlisi M.Bayramov idarə etdiyi “Moskviç” markalı avtomobillə vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə 2020-04-04 16:08:00