×
A
A
A
Sazlamalar

Füzulidə çiyid səpininə və ipəkqurdu bəslənməsinə hazırlıq görülür

Füzuli, 4 aprel, AZƏRTAC

Füzuli rayonunda çiyid səpininə və ipəkqurdu saxlanılmasına hazırlıq görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə rayonun işğaldan azad edilmiş ərazilərində 700 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulur. Bunun da 500 hektarı "P-Aqro" MMC, 170 hektarı "Azərbambıq" MMC ilə, 30 hektarı isə fərdi qaydada həyata keçiriləcək. Pambıq becəriləcək sahələr qış aylarında şumlanıb, arata qoyulub. Çiyid səpininə yaxın günlərdə başlanacaq.
Füzuli rayonunda ipəkqurdu bəsləyəcək kümçülər də müəyyənləşdirilib. 2016-cı ildə 3070 kiloqram, 2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38 ton, 2019-cu ildə isə 49,5 ton yaş barama isehsal edən füzulili kümçülər cari ildə 50 tondan artıq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş karantin rejiminin qaydalarına uyğun olaraq rayonda çiyid səpini və ipəkqurdu becərilməsi ilə bağlı tapşırıqlar insanların bir yerə cəm olmaması şərti ilə, telefon vasitəsilə və uzaqdan idarəetmə ilə həyata keçirilir.

Regionlar 2020-04-04 15:40:00