×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqası aşağı divizion klublarına dəstək olmaq üçün 125 milyon funt sterlinq ayıracaq

Bakı, 4 aprel, Nicat Məmmədov, AZƏRTAC

İngiltərə Premyer Liqasının rəhbərliyi (EPL) koronavirus pandemiyası səbəbindən yaranmış böhrandan yayınmaq üçün aşağı divizion klublarına 125 milyon funt sterlinq yardım ayırmaq barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, EPL, eyni zamanda, İngiltərə Səhiyyə Nazirliyinə 20 milyon funt sterlinq ödəyəcək.
İngiltərə mətbuatı yazır ki, bütün klublar yekdilliklə klub işçilərinin işdən çıxarılmasının qarşısını almaq üçün futbolçuların illik əməkhaqqının 30 faiz azaldılması ilə bağlı məsləhətləşmələr aparmaq qərarına gəliblər.
Xatırladaq ki, İngiltərə Premyer Liqası koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə dayandırılır.

İdman 2020-04-04 15:33:00