×
A
A
A
Sazlamalar

Beynəlxalq Dəmir Yolları İttifaqının işçi qrupunun 3-cü iclası videokonfrans formatında keçirilib

Tehran, 4 aprel, AZƏRTAC 

Beynəlxalq Dəmir Yolları İttifaqının işçi qrupunun 3-cü iclası videokonfrans formatında baş tutub.
AZƏRTAC xəbər verir ki, İran, Fransa, Yaponiya, Çin, Rusiya, Böyük Britaniya, ABŞ, Koreya Respublikası və Kanadanın nümayəndələrinin iştirak etdiyi iclasda koronavirusla mübarizə və virusun dəmiryolçuların işinə törətdiyi maneələrin aradan qaldırılması məsələləri müzakirə olunub. İttifaqın baş direktoru Fransua Dsvenn bildirib ki, koronavirus pandemiyası bəzi beynəlxalq layihələrin reallaşmasına hələlik imkan vermir. Bir çox dövlətlərdə karantin səbəbindən işlər dayandırılıb.
İranda koronavirusun yayılması ucbatından Rəşt-Astara dəmir yolunun inşası da müvəqqəti dayandırılıb. Bu dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsidir. Bu yolla Körfəz ölkələrindən Avropaya ixrac edilən yüklər daşınacaq. Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun tərkib hissəsidir.

 

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Nəqliyyat 2020-04-04 15:20:00