×
A
A
A
Sazlamalar

“Vətənimizə virtual səyahət” adlı layihəyə start verilib

Bakı, 4 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M,Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirir. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar rayon MKS-ləri də fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, ilk videoçarx Azərbaycanın dilbər güşələrindən biri olan Qubaya həsr olunub. Videoçarxda Quba rayonunun əhalisi, onun təbiəti (meşələr, şəlalələr, dağlar, çaylar), tarixi, görkəmli şəxsiyyətləri, inkişaf etmiş sənətkarlıq sahələri, mətbəxi haqqında məlumatlar əks olunub. Videoçarxda Qubanın parklarının və müasir tikililərinin fotoları da var.
Videoçarx Əməkdar artist Səxavət Məmmədovun ifasında “Qubanın ağ alması” xalq mahnısı ilə müşayiət olunur.
“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan materialları “Kitabsevər uşaqlar”ın “Facebook” səhifəsində və “YouTube” kanalında da izləmək mümkündür.

Mədəniyyət 2020-04-04 14:56:00