×
A
A
A
Sazlamalar

FIFA “Tokio-2020” üçün futbolçuların yaş həddini 24-ə qaldırıb

Bakı, 4 aprel, AZƏRTAC, Nicat Məmmədov

FIFA Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edə biləcək oyunçuların yaş həddini artırıb.
AZƏRTAC xəbər verir ki, yeni yaş həddi 24 olacaq. Bildirilib ki, dəyişikliyə səbəb Tokio Olimpiadasının 2021-ci ildə keçirilməsidir.
Qeyd edək ki, əvvəlki qaydalara əsasən Olimpiadada heyətə yaşı 23-dən yuxarı olan yalnız 3 futbolçu daxil edilə bilərdi.
“Tokio-2020”də 16 komanda iştirak edəcək. Hazırda 14 iştirakçı məlumdur. Yaponiya, Fransa, Almaniya, Rumıniya, İspaniya, Yeni Zelandiya, Misir, Kot d’İvuar, Cənubi Afrika, Avstraliya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Argentina və Braziliya Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasından (CONCACAF) və Karib dənizi hövzəsindən hərəyə bir iştirakçı da yarışa qatılacaq. Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

 

İdman 2020-04-04 14:53:00