×
A
A
A
Sazlamalar

Daha bir neçə gəmidə və Dənizçilər Kollecinin yataqxanasında dezinfeksiya işləri aparılıb

Bakı, 4 aprel, AZƏRTAC
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Zərifə Əliyeva”, “Bəstəkar Qara Qarayev”, “Zəngəzur”, “Orion-26”, “Orion-27”, “Abşeron-17”, “Qaradağ-10”, “Qaradağ-8”, “Qaradağ-1”, “Şimal-52”, “BMK-7648”, “PSK-28”, “Şirvan”, “Abşeron-19”, “Abşeron-12”, “BMK-7408”, “Geofizik”, “Təbriz Xəlilbəyli”, “Ehram Xaliqov”, “MPK-459”, “SLV-411”, “Mərdəkan”, “Rauf Mirzəyev”, “Geofizik-3”, “Məmməd Süleymanov”, “Yarenqa”, “Cənub-19”, “BMK-7220”, “BMK-1058”, “BMK-7671”, “BMK-4211”, “Orion-12”, “Abşeron-16” gəmiləri, eləcə də Azərbaycan Dənizçilər Kollecinin yataqxanasında aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Nəqliyyat 2020-04-04 13:44:00