×
A
A
A
Sazlamalar

Neft Fondu birinci rübdə dövlət büdcəsinə 4,6 milyard manat transfert edib

Bakı, 4 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 631 milyon manat transfert edilib. Bu da proqnoza nisbətən 1 milyard 793,5 milyon manat və ya 1,6 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin ilk rübündə dövlət büdcəsinin icrasına (operativ) dair yaydığı açıqlamada deyilir.

İqtisadiyyat 2020-04-04 12:31:00