×
A
A
A
Sazlamalar

Futbol üzrə İtaliya A Seriyası qeyri-müəyyən müddətədək təxirə salınıb

Bakı, 4 aprel, AZƏRTAC
Futbol üzrə İtaliya A Seriyasının rəhbərliyi ölkə çempionatında cari mövsümün mümkün bərpa müddəti ilə bağlı videokonfrans keçirib.
AZƏRTAC xəbər verir ki, videokonfransda çempionatın qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib. Bildirilib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi vaxt A Seriyası bərpa olunacaq.
Xatırladaq ki, bundan əvvəl İtaliya çempionatının mayda yenidən başlayacağı iddia olunurdu.

 

İdman 2020-04-04 08:24:00