×
A
A
A
Sazlamalar

"Alfa Romeo" komandasının virtual Formula 1 Vyetnam Qran-Prisi üçün heyəti açıqlanıb

Bakı, 4 aprel, AZƏRTAC
"Alfa Romeo" komandasının aprelin 5-də keçiriləcək virtual Formula 1 Vyetnam Qran-Prisi üçün heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, yarışda komandanı hazırkı pilot Antonio Covinatsi və 2009-cu ildə Formula 1 üzrə dünya çempionu Censon Batton təmsil edəcəklər.
Yarış Formula 1-in rəsmi “YouTube”, “Twitch” və “Facebook” səhifələrində canlı yayımlanacaq.
Vyetnam ilə yanaşı, təxirə salınan Niderland, İspaniya və Monako virtual yürüşlərinin də keçirilməsi planlaşdırılır.
Çempionatın iyunadək davam etməsi gözlənilir.

İdman 2020-04-04 04:33:00