×
A
A
A
Sazlamalar

Futbol üzrə İngiltərə Premyer Liqasının bərpa olunacağı barədə yeni qərar verilib

Bakı, 4 aprel, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqası rəhbərliyi koronavirus səbəbindən təxirə salınan çempionatın nə zaman bərpa olunacağı ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Premyer Liqanın mayın əvvəli bərpa olunmayacağı bildirilib. Qeyd olunub ki, hazırda əsas prioritet yarış iştirakçılarının və azarkeşlərin sağlamlığıdır.
Bu səbəbdən çempionatın sağlamlıq üçün təhlükəsiz şəraitdə yenidən başlanacağı vurğulanıb. Qarşılaşmaların yeni tarixinə dair qərar bütün maraqlı tərəflər, eləcə də İngiltərə hökuməti ilə məsləhətləşdikdən sonra veriləcəyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl Premyer Liqanın aprelin 30-dan tez başlamayacağı açıqlanmışdı.

İdman 2020-04-04 07:15:00