×
A
A
A
Sazlamalar

Macarıstanın üzgüçülük üzrə milli komandasının 9 üzvündə koronavirus aşkarlanıb

Bakı, 3 aprel, AZƏRTAC

Macarıstanın üzgüçülük üzrə milli komandasının 9 üzvündə koronavirus aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, onlardan götürülən COVID-19 analizlərinin nəticələri pozitiv olub. Aralarında dünya çempionu Boqlarka Kapas və mundialın 3 mükafatçısı da var.
İdmançılar sonuncu dəfə ötən ay Ərzurumda təlim-məşqdə olduqları üçün federasiya ehtimal edir ki, onlar Türkiyədə virusa yoluxublar.

İdman 2020-04-03 23:49:00