×
A
A
A
Sazlamalar

Şahmat üzrə “Grand Chess Tour 2020” seriyasının bütün mərhələləri ləğv olunub

Bakı, 3 aprel, AZƏRTAC

Şahmat üzrə nüfuzlu yarışlardan biri “Grand Chess Tour 2020” seriyasının bütün mərhələləri ləğv edilib.
AZƏRTAC “chess-news.ru”ya istinadla xəbər verir ki, bu qərar koronavirus pandemiyası səbəbindən təşkilatçı və sponsorlar tərəfindən qəbul edilib.
Qeyd edək ki, ötən il keçirilmiş “Grand Chess Tour 2019” turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ümumi hesabda 11-ci pillədə qərarlaşıb. Çinli Liren Dinq isə turnirin qalibi olub.

İdman 2020-04-03 20:45:00