×
A
A
A
Sazlamalar

Bəzi regionlarda şəhərdaxili və rayondaxili sərnişin sıxlığı hələ də müşahidə edilməkdədir

Bakı, 3 aprel, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargahın regionlar üzrə izolyasiya tədbirlərinin gücləndirilməsinə dair müvafiq tələblərinin vətəndaşlar tərəfindən icrasında bu günə olan statistik mənzərə də ürəkaçan deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Salyan, Tovuz, Qazax və Bərdə üzrə şəhərdaxili və rayondaxili sərnişindaşımada sıxlıq hələ də müşahidə edilməkdədir. Sıxlığın 95-100 faiz azaldığı bölgələr Lerik, Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Qəbələ, İsmayıllı, Qobustan, Xızı, Sabirabad, İmişli, Cəlilabad, Biləsuvar, Xaçmaz, Siyəzən, Ağdam və Hacıqabuldur.

Nəqliyyat 2020-04-03 16:53:00