×
A
A
A
Sazlamalar

Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır

Bakı, 3 aprel, AZƏRTAC

Ölkədə beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin müntəzəm daşınması təmin edilir.
Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları”nın Həkim-Sanitar Xidmətinin dezinfektorları ölkə ərazisinə daxil olan yük qatarlarında qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarında da gündəlik dezinfeksiya işləri aparılır.

Nəqliyyat 2020-04-03 16:21:00