×
A
A
A
Sazlamalar

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub

Bakı, 3 aprel, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abbasov yaxalanıb. Şəxsi axtarış zamanı ondan 290 qrama yaxın heroin və 111 qramdan çox metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-04-03 16:15:00