×
A
A
A
Sazlamalar

Lənkəranda “Hyundai” markalı avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Bakı, 3 aprel, AZƏRTAC
Lənkəran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran rayonunun Girdəni kəndi ərazisində yolu keçən kənd sakini K.Hüseynovanı həmkəndlisi N.Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-04-03 16:05:00