×
A
A
A
Sazlamalar

Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində fövqəladə vəziyyət rejimi daha bir həftə uzadılıb

Nur-Sultan, 3 aprel, AZƏRTAC

Qazaxıstanın fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Dövlət Komissiyasının qərarı ilə Nur-Sultan və Almatı şəhərlərində qeyri-iş günləri aprelin 13-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu müddətdə şəhərlərdə yalnız həyati əhəmiyyətli və əhalinin sağlamlığı ilə bağlı təşkilatlar fəaliyyət göstərəcək.
Almatıda, Nur-Sultanda və Çimkəntdə üç infeksion xəstəxana tikiləcək.
Martın 30-dan aprelin 5-dək Nur-Sultan və Almatıda bütün müəssisə və təşkilatların fəaliyyəti, paytaxtda ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Qeyd edək ki, ölkə üzrə 453 yoluxma halı qeydə alınıb, onlardan 29 nəfər xəstəlikdən sağalıb, 3 nəfər isə ölüb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Dünya 2020-04-03 15:08:00