×
A
A
A
Sazlamalar

Üç ayda dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmalar 2,5 milyard manat təşkil edib

Bakı, 3 aprel, AZƏRTAC

Birinci rübdə dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmalar 2,5 milyard manatdan çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin ilk rübündə dövlət büdcəsinin icrasına (operativ) dair yaydığı açıqlamada deyilir.
Bildirilir ki, üç ayda dövlət büdcəsinin mədaxili 7 milyard 810,9 milyon manat və ya rüblük proqnoza qarşı 35,9 faiz çox icra olub. Həmin vəsaitin 32,5 faizi və yaxud 2 milyard 536,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.
Qeyd edək ki, rüb ərzində dövlət büdcəsinin mədaxili 7 milyard 810,9 milyon manat, xərcləri 5 milyard 254,8 milyon manat olub, 2 milyard 556,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

 

İqtisadiyyat 2020-04-03 15:06:00