×
A
A
A
Sazlamalar

“İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində xidmətlər elektronlaşdırıb

Ağcabədi, 3 aprel, AZƏRTAC
Koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyini, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu, habelə Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli iclasında COVID-19 virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qəbul edilmiş təcili, təxirəsalınmaz və icrası məcburi olan qərarların təmin olunması məqsədilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən UNICEF, Avropa İttifaqı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunan “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində Ağcabədi rayonunda fəaliyyət göstərən GTM Qarabağ ofisində müraciətlərin qəbulu məhdudlaşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzin xüsusi rejimdə fəaliyyət göstərdiyi müddətdə müraciətlər elektron qaydada və mobil zənglər vasitəsilə qeydə alınaraq mərkəzin sosial işçilərinə yönləndirilir. Müraciətlərə operativ baxılması, cavablandırılması və həlli üçün mərkəzdə 4 sosial işçi, 2 psixoloq, 2 pedaqoq və 2 uşaq inkişafı mütəxəssisindən ibarət operativ işçi qrup fəaliyyət göstərir. Mərkəzə daxil olan müraciətlər arasında əsasən sosial müavinətlər, əlilliyin rəsmiləşdiriməsi, aliment tələbinin yerinə yetirilməməsi, əlil arabaları və digər avadanlıqlara olan ehtiyacın təmin edilməsi, sağlamlıq imkanları məhdud (SİM) uşaqların reabilitasiya proqramlarına cəlb olunması kimi müraciətlər üstünlük təşkil edir.
Bütün müraciətlər sosial işçilər tərəfindən “Elektron keys menecment” sisteminə daxil edildikdən sonra, SİM uşaqların valideyinləri psixoloq, pedaqoq və uşaq inkişafı mütəxəsisləri tərəfindən elektron qaydada müxtəlif reabilitasiya proqramlarına cəlb edilir və onları maraqlandıran suallar yerindəcə cavablandırılır. Yalnız xüsusi risk qrupuna aid ailələrin müraciətləri daxil olduqda sosial işçilər tərəfindən ailələrə səfər edilərək səyyar xidmətlər göstərilir.
Müraciətçilər mütəmadi olaraq koronavirus infeksiyası (COVID-19) ilə bağlı məlumatlandırılır və ÜST, UNICEF və digər beynəlxalq təşkilatların dəstəyi ilə “Həyat boyu Sağlamlıq naminə Valideynlik” təşəbbüsü çərçivəsində hazırlanan müsbət validyenlik təcrübəsi ilə bağlı məsləhətləri təqdim edilir.

Regionlar 2020-04-03 15:00:00