×
A
A
A
Sazlamalar

Hüseyn Cavidin ev-muzeyi fəaliyyətini distant şəkildə davam etdirir

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq, AMEA Hüseyn Cavidin ev-muzeyinin əməkdaşları 2020-ci il martın 29-dan bir ay müddətinə distant fəaliyyət göstərməyə davam edəcəklər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qurumun 2020-ci il üzrə elmi tədqiqat planı üzrə görüləcək işlər məsafədən həyata keçirilir. Plana əsasən, “Cavidşünaslıq” araşdırmalar toplusunun 20-30-cu cildləri üzərində iş aparılır.
Qeyd edək ki, ekspozisiyanı huseyncavid.az saytında yerləşən virtual muzey vasitəsilə izləmək mümkündür. Muzey eksponatları barədə ziyarətçiləri maraqlandıran suallar onlayn cavablandırılır. Qurumun rəsmi “Facebook” səhifəsi də daim aktivdir və görülən işlər haqqında məlumatlar, muzeyin videoçarxları sosial şəbəkə vasitəsilə izləyicilər üçün yayımlanır.

Elm və təhsil 2020-04-03 14:39:00