×
A
A
A
Sazlamalar

Abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından uğurla istifadə edirlər

Bakı, 3 aprel, AZƏRTAC 

Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12239 istifadəçi tərəfindən 23820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb). Dövlət İmtahan Mərkəzi nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir. “Pozitiv zəka” bloqunda insanlara psixoloji dəstək göstərilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin abituriyent, məzun, müəllim və valideynlərə müraciətində yer alıb. “İnzibati binamızda vətəndaşların qəbulu müvəqqəti dayandırılsa da, onların müraciətləri 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar məlumat əldə etmək üçün Mərkəzin saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə, həmçinin [email protected] elektron poçt ünvanına yaza bilərlər", - deyə M.Abbaszadə bildirib.

Elm və təhsil 2020-04-03 13:53:00