×
A
A
A
Sazlamalar

Qırğızıstanda koronavirusa yoluxanların sayı 130 nəfərə çatıb


Bişkek, 3 aprel, АZƏRTAC
Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 130 nəfərə çatıb, dünən bu rəqəm 116 olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Qırğızıstanın yeni təyin edilən Səhiyyə naziri Sabirjan Abdıkarimov koronavirusla bağlı Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, 5 xəstə sağalıb və evə buraxılıb, 4 nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsindədir, bir xəstə ölüb.
Hazırda ölkədə karantində 2 minə yaxın insan var.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2020-04-03 13:45:00