×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda evdən pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb

Bakı, 3 aprel, AZƏRTAC 

Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 1-də rayon ərazisindəki evlərin birindən 250 manat pul, 8400 manat dəyərində qızıl-zinət əşyaları, televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2020-04-03 13:40:00