Xalq artisti Murad Hüseynov bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Bakı, 3 aprel, AZƏRTAC
Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının xeyirxah təşəbbüsünə qoşulan Xalq artisti koronavirusla bağlı çağırış edib. “#evdəqal...biz birlikdə güclüyük!” şüarına dəstək olaraq görkəmli pianoçu vətəndaşlarımızı həmrəy olaraq sosial izolyasiya aksiyasında məsuliyyətli olmağa dəvət edib. O, bildirib ki, Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa müraciət edərək həmrəy olmağa səsləyiblər. Biz bu müraciətlərə dəstək olmalıyıq.
O, bütün mədəniyyət və incəsənət xadimlərini də koronavirusla mübarizə aksiyasına qoşulmağa dəvət edib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir