×
A
A
A
Sazlamalar

Binəqədi rayon MKS “Evdə qal, öyrən” layihəsinə başladı

Bakı, 3 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) dünyanı bürümüş koronavirus pandemiyasına qarşı qoruyucu tədbirlər çərçivəsində həyata keçirilən sosial layihələrə qoşularaq öz “Instagram” və “Facebook” səhifəsi üzərindən #evdəqalöyrən layihəsini təqdim edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Binəqədi rayon MKS xarici dil öyrənənlərə kömək məqsədilə “Telegram” messenceri kanalları üzrə keçidlərin siyahısını tərtib edərək, öz sosial şəbəkələrində izləyicilərlə paylaşıb. Bu cür keçidlərin müxtəlif dillərdə gündəlik olaraq izləyicilərə təqdim olunması nəzərdə tutulub.
Təqdim olunan kanallar dil öyrənməyə başlayan və bildiyi dili təkmilləşdirən müxtəlif yaş qrupundan olan istifadəçilər üçün və asudə vaxtın səmərəli təşkili baxımından məqsədəuyğundur. Hər bir “Telegram” messenceri kanallarına çox sayda post yerləşdirilib ki, istifadəçi ona lazım olan post məlumatlarından yararlana bilir.
Təqdim olunacaq “Telegram” mesenceri kanallarının siyahısı Binəqədi rayon MKS-nin “Facebook” və “Instagram” səhifəsində yerləşdiriləcək.

Mədəniyyət 2020-04-03 12:57:00