×
A
A
A
Sazlamalar

YAP Gəncə şəhər təşkilatının kollektivi yenidən Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Gəncə, 3 aprel, AZƏRTAC

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər, habelə müxtəlif təşkilatlar tərəfindən könüllü ianələr davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev və əməkdaşları bu dəfə aprel ayı üzrə əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıblar.
Qeyd edək ki, koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məqsədi ilə YAP Gəncə şəhər təşkilatının kollektivi bundan əvvəl də mart ayının əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişdilər.

 

Regionlar 2020-04-03 13:39:00