×
A
A
A
Sazlamalar

Oğurluqda şübhəli bilinən Göyçay sakini yaxalanıb

Bakı, 3 aprel, AZƏRTAC

Bakı Şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Bakı şəhər sakini R.Bayramovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə həmin şəxsin paytaxt sakini R.Rzayevin mobil telefonunu oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.

Hadisə 2020-04-03 13:37:00