×
A
A
A
Sazlamalar

Kriştiano Ronaldo 1 milyard dollar qazanan ilk futbolçu olacaq

Bakı, 3 aprel, AZƏRTAC

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo karyerasında 1 milyard dollar qazanan ilk futbolçu olacaq.
AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar karantin üzündən onun əməkhaqqının azaldılmasına baxmayaraq, bu il portuqaliyalı hücumçunun gəliri artacaq. “Yuventus”dakı əməkhaqqından əlavə, Ronaldo “CR7” kişi geyimi brendi, otellər şəbəkəsi və reklam müqavilələrindən də qazanır.
Ümumilikdə isə 35 yaşlı forvard qazancı milyardla ölçülən 3-cü idmançı olacaq. Daha əvvəl bu, qolfçu Tayger Vuds və boksçu Kiçik Floyd Meyvezerə qismət olub. 2020-ci ilin sonunda onlara tennisçi Rojer Federer də qoşulacaq. R.Federer belə nəticəni əldə edən ilk tennisçi olacaq.

İdman 2020-04-03 13:25:00