×
A
A
A
Sazlamalar

Pirallahıda sanitar-təmizlik və dezinfeksiya işləri davam etdirilir

Bakı, 3 aprel, AZƏRTAC

Pirallahı rayonu ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə qeyd-şərtsiz əməl olunması üçün işlər davam etdirilir.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, RİH tərəfindən rayonda sosial təcridin gücləndirilməsi məqsədilə qəsəbə, məhəllə və küçələr üzrə təbliğat işlərinin aparılması üçün 8 mobil qrup yaradılıb. Yaradılan mobil qruplar tərəfindən rayon sakinlərinə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmaq, xüsusi ehtiyac olmadıqda evi tərk etməkdən çəkinmək tövsiyə edilir.
Rayon ərazisində infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir. Belə ki, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən hündürmərtəbəli binaların giriş və ümumi istifadə olunan yerləri, həyət evlərinin həyətyanı sahələri, əhalinin kütləvi toplanma yerləri və rayonun bütün küçə və dalanlarında dezinfeksiya işləri aparılır. Qeyd edək ki, MKTB tərəfindən bu günə kimi 14358 nəfərin yaşadığı, 5018 girişli, 1206 bina və fərdi yaşayış evi dezinfeksiya edilib
Pirallahı Rayon İcra Hakimiyyəti rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağaları nəzərə alaraq, 6 ədəd mobil qrup yaradıb. Qrup üzvləri onlarla profilaktik söhbətlər aparır, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş 17 nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları gün ərzində, hər iki saatdan bir olmaqla səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsilə sakinlərə karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı çağırışlar edirlər.

Cəmiyyət 2020-04-03 13:18:00