“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti videoçarx
Bakı, 3 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Daşkəsən rayonuna virtual tur təşkil edib.
AZƏRTAC xəbər verir ki, videoçarxda Daşkəsən rayonunun təmiz dağ havası, onun əsrarəngiz təbiəti, yaşıllığının bol olması ilə seçilən zəngin faunası, turizm üçün xarakterik olan muzeyləri, ziyarətgahları, müasir binaları və parkları, sənətkarlıq sahələri (dülgərlik, dəmirçilik və s.) və mətbəxinə (göy kətə, quzu buğlaması, yarpız dovğası və s.) aid fotolar toplanıb. Burada arıçılığa xüsusi yer ayrılıb.
Tarixi abidələrdən Tunc dövrünə aid divar qalıqları, kurqanlar, son tunc – ilk dəmir dövrünə aid Örük daş qalası və nekropol, monastr (487-ci il), kilsə (1869-cu il) və b. abidələrin fotoları, qalaçaların siyahısı (Yol yurdu, Çalağan, Daşlıtəpə, Əhmədli, Nağaradağ və s.) izləyicilərə təqdim olunub.
Videoçarxda Daşkəsənin ilk qurucularının – İslam Həsənov, Əhməd Məmmədov, Seyidəmir Ağayev və digər görkəmli şəxsiyyətlərinin adı qeyd olunur.
Layihə əsasında hazırlanmış videoçarxları “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və “YouTube” kanalında da izləmək mümkündür.
Qeyd edək ki, “Vətənimizə virtual səyahət” adlı layihə əsasında Azərbaycanın bir çox rayonları haqqında silsilə videoçarxlar hazırlanacaq.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir