×
A
A
A
Sazlamalar

Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 3 aprel, AZƏRTAC
Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov rayonu ərazisində yolu keçən Beydulla Qəniyevi Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-04-03 13:11:00