×
A
A
A
Sazlamalar

Daha 20 gəmidə dezinfeksiya işləri aparılıb

Bakı, 3 aprel, AZƏRTAC

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Şah İsmayıl Xətai”, “Nəsimi”, “Babək”, “Prezident Heydər Əliyev”, “Naxçıvan”, “Dədə Qorqud”, “Şahdağ”, “Professor Gül”, “Atlet-8”, “Vixr-9”, “Bakinskaya-3”, “Bakinskaya-5”, “Abşeronskaya-5”, “Balarza Məmmədov”, “Azərbaycan”, “Vixr-8”, “Geofizik-1”, “Bunkerovşik-4”, “Süleyman Vəzirov” və “Usuqçay” gəmilərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

 

Nəqliyyat 2020-04-03 13:09:00