×
A
A
A
Sazlamalar

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Bakı, 3 aprel, AZƏRTAC

Ötən gün ərzində törədilmiş 18 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə beş nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan üç nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Hadisə 2020-04-03 12:33:00